Şamaxı r-nu ərazisində dağ. R-nun şimal hissəsində yerləşir. Hün. 865 m. Bu ad orada mövcud olmuş Qayıblar pirinin adı ilə əlaqədardır. Pirin adı isə “qeyb olanlar, yox olanlar” mənasında olub, müxtəlif əfsanə və rəvayətlə bağlıdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 44.