Şamaxı r-nunundakı Quşçu k. şərqdə dağ. Toponimiyada qaraman tayfasının adı Qaramanlı təpəsi (Yevlax r-nu, Qoyun binəsi kəndi), Qaraman bəy təpəsi dağı (Laçın r-nu), Qaramanlı dərəsi (Kəlbəcər r-nu), Qaramanbulaq (Şamaxı r-nu), Qaramanarx (Göyçay r-nu) və b. coğrafi adlarda əks olunmuşdur. Qaraman adlı yaşayış məntəqələri keçən əsrdə Qazaxıstanın Kustanay vilayətində, Rusiyanın Perm vilayətində, Krımın Azov r-nununda da qeydə alınmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 32