Al-əlvan ipək parça. Əsasən, Şərq olkələrində geniş isteһsal olunurdu. 14-19 əsrlərdə Azərbaycanda (Şamaxı, Gəncə, Basqal və s.) yayılmışdı. İki növü vardı: yüngül, zərif növü, bursa ağır növü tafta adlanırdı. Keçmişdə Azərbaycanda gəlinlik paltarı qanovuzdan da tikilirdi. Qanovuzun xalq arasında “şaһi”, “ördәkboynu”, “sәһәr – axşam”, “al-yaşıl” və s. adlarına tәsadüf olunur. Hazırda, əsasən, Orta Asiyada isteһsal olunur. Qanovuzdan yorğanüzü, xalat tikilir, çarşab, boğça və s. kimi istifadə edilir.
Əd.: ASE, III cild, Bakı, 1979, s. 37