Şamaxı r-nunun Qalaybuğurt kəndi yaxınlığında mineral bulaq. 1200 m. yüksəklikdədir. Yerli əhali bu bulaqdan müalicə məqsədilə istifadə edir. Bulaq öz adını yaxınlıqdakı Qalaybuğurt kəndinin adından almışdır.
“Azərbaycan toponimləri” II cild (Bakı, “Şərq-Qərb”, 2007), səh.13