Qədim yaşayış yeri. Əngəxaran k. yaxınlığında, Yazdağ deyilən yerin qərbindədir. Hazırda həmin yerdə bəzi tikinti qalıqları qalmışdır. Divarının eni təqribən 1 m olan düzbucaqlı formada inşa olunmuş qala divarları qalıqları aydın görünür. Əngəxaran kənd sakinləri ev inşa edərkən həmin ərazidəki bina qalıqlarından yonulmuş daşları gətirib istifadə etmişlər. Məlum olur ki, tikintilər zamanı əhəng məhlulundan daşları birləşdirən məhlul kimi istifadə olunmuşdur. Müxtəlif vaxtlarda həmin yerdən xeyli miqdarda keramika məmulatı da tapılmışdır.
Əd.: K. Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”, Bakı, 2005