(18.3.1909, Şamaxı ş. – 25.12.1990, Bakı) – professor, Azərbaycanın əməkdar elm xadimi. 1937 ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsində, 1938-49 illərdə SSRİ EA Azərbaycan filialının nəbatat bağında işləmiş, 1943-49 illərdə müdiri olmuşdur. 1946 ildən APİ-nin botanika kafedrasının dosenti və professoru, 1950-84 illərdə kafedra mudiri, 1951-54 illərdə APİ-nin rektoru, 1954-62 illərdə isə tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
100-ə yaxın elmi işin, o cümlədən 16 kıtabın müəllifi olmuşdur. Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı ordenləri ilə təltif edilmişdir.
Məlumat H.Qədirovun ailəsindən alınmışdır.