Azərbaycan Respublikasında dövlət qoruğu. Böyük Qafqazın cənub-şərqində, əsasən, Şamaxı rayonu və qismən Ağsu rayonu ərazisindədir. Sahəsi 1,5 min ha. Tipik dağ meşə landşaftını qorumaq, nadir və qiymətli ov heyvanları və quşlarının sayını artırmaq, astronomik iqlimə mənfi təsir edən amillərin qarşısını almaq məqsədi ilə Azərbaycan SSR Nazirlər Sovetinin 25 dekabr 1968 il qərarı əsasında təşkil edilmişdir. Hün. 800 – 2100 m olan dağlıq sahəni əhatə edir. 30-dan çox ağac növünə (palıd, fısdıq, vələs, qoz, göyrüş, ağcaqayın və s.) rast gəlinir. Cüyür, çöldonuzu, ayı, tülkü, kəklik, qaratoyuq və s. var. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası Pirqulu qoruğu ərazisindədir.
Əd.: ASE, VII cild, Bakı, 1983, s.534