(10.4.1924, Şamaxı – 1.7.1989, Bakı) – Azərbaycan coğrafiyaşünası, coğrafiya elmləri doktoru (1968), professor (1972). Şamaxı Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1967-71 illərdə ADU coğrafiya fakültəsinin dekanı, 1972-88 illərdə geodeziya və kartoqrafiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 100-ə qədər elmi əsərin, dərslik və monoqrafiyanın müəllifidir. Universitetlərin coğrafiya fakültələri üçün “Kartoqrafiya” (1965), “Geodeziyanın əsasları və toroqrafiya” (1994) dərsliklərini yazmışdır.
Əd.: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, Elm, 2013, s.75