Şamaxı şəhərinin şimal-qərbində, Əngəxaran k. təxminən 1 kilometrliyində dağ. Hün. 1054 m. Sıldırım qayalı bir dərə Pirdirəki dağını Gülüstan qalasının yerləşdiyi Qızqalası dağından ayırır. Dağız zirvəsində Rəki adlı pir var. “Pir Rəki” ifadəsi zamanla dəyişərək Pirdirəki formasına düşmüşdür.
Əd.: K.Fərhadoğlu “Qədim Şirvan elinə səyahət”? Bakı, 2005