Şamaxının Göylər kəndində yerləşir. Türbə dördkünc formada tikilmişdir. Onun ətrafında qədim qəbiristan, karvansara kompleksi vardır. Türbənin içərisindəki kitabə alim M.Nemətova tərəfindən oxunmuşdur. Abidənin üz tərəfindən ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: “Rəhimli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac əl-Hüda Mədəkani ibn Әlinindir.
Allah onlara rəhmət eləsin…” Türbədə olan ikinci kitabəyə əsasən onun tarixini dəqiqləşdirmək mümkündür. Pir Mərdəkan xanəgahı Qapıdan girən yerdə sol divara nəsb edilmiş bu kitabənin ikisətirlik kiçik bir hissəsi salamat qalmışdır… “Ən böyük padşah, xaqan… Fərruxzad ibn faziləlmüvəhhid (yeganə bilikli) Mənuçöhr..” M.Nemətova aydınlaşdırır ki, bu hökmdar III Mənuçöhrün oğlu I Fərruxdur. O da 13 əsrdə yaşamışdır. Alim qeyd edir ki, Cənubi Azərbaycanda Mədək adlı yer vardır. “Ani” şəkilçisi müəllifin oralı olduğunu bildirir. “Mədəkani” sözü tarix ötdükcə dəyişmiş “Mərdəkan” şəklinə düşmüşdür.
Əd.: Ə.Cəfərzadə, S. Qəniyev, R. Alışıv, S. Rəsulov “Şamaxı”, “Səda” Ədəbi-Nəşriyyat Mərkəzi, Bakı, 1994, s. 41-42