QURTYEV Leonti Nikolayeviç
(1.7.1891, Şamaxı r-nunun Hilmilli k. – 3.8.1943) orta məktəbi bitirəndən sonra Peterburq Politexnik İnstitutuna daxil olur (1914). İnqilabi hərəkatda iştirak etdiyi üçün həbs edilir və institutdan çıxarılır. 1915 ildə çar ordusunda, 1919 ildən sonra Sovet Ordusunda xidmət edir. Böyük Vətən müharibəsində 308-ci Sibir atıcı diviziyasının komandiri olmuş, 1942-43 illərdə Stalinqrad və Oryol uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur.
RƏCƏBOV Asəf Ağamurad oğlu
(28.2.1968, Şamaxı r-nunun Qaravəlli k. – 28.4.1994, Tərtər r-nununda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.178
RƏHİMOV Vidadi Lütvü oğlu
(1970, Şamaxı r-nunun Şəhriyar q. – 23.12.1993) – Qarabağ müharibəsi şəhidi.
Məlumat ailəsindən alınmışdır.
RƏHMANOV Azər Ağadur oğlu
(17.5.1975, Qazıməmməd ş. – 1994, Kəlbəcər r.) – Qarabağ müharibəsi şəhidi. Şamaxı şəhərindəki C.Cəbrayılbəyli adına orta məktəbi bitirmişdir. İdmanla məşğul olmuş və bir sıra uğurlar qazanmışdır. Cəbhəyə könüllü yollanmışdır. Murov dağında gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur.
Məlumat ailəsindən alınmışdır.
RƏSULOV İqbal Hacıbala oğlu
(1974, Şamaxı r-nunun Muğanlı k. – 10.7.1993) Qarabağ müharibəsi şəhidi.
Məlumat ailəsindən alınmışdır.
ŞEVERDYAYEV Nikolay Petroviç
(22.3.1922, Şamaxı r-nunun Çuxuryurd k. – 28.10.1986, Bakı)-Sovet İttifaqı Qəhrəmanı (18.8.1945), qvardiya mayoru. 1941 ildə Sovet Ordusuna çağırılmışdır. Bakı aeroklubunun yetişdirməsi olan Şeverdyayev Stalinqrad hərbi-hava məktəbini bitirmişdir (1942). İkinci Dünya müharibəsində (1941-45) hücumçu aviasiya diviziyasında xidmət etmişdir.
ŞEYDAYEV Yaşar Abgül oğlu
(19.5.1974, Şamaxı ş.-11.11.1992, Kəlbəcər r-nununda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.179
SEYİDOV Şahin Abduləhməd oğlu
(2.8.1968, Şamaxı ş. – 15.6.1992, Daşaltıda həlak olmuşdur) – Qarabağ müharibəsi şəhidi.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.178
SƏFƏROV Sərdar Ələddin oğlu
(9.12.1973, Şamaxı r-nunun Göylər k. – ?.2.1994, Murovdağda itkin düşmüşdür). Döyüş şəraitində itkin düşmüş və Şamaxı rayon Məhkəməsinin Qətnaməsinə əsasən şəhid hesab edilmişdir.
Əd.: “Şamaxı tarix-diyarşünaslıq muzeyi”, Bakı, 2009, s.178