(1.2.1949, Şamaxı ş.) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1995), professor (1998). BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1980 ildən BDU-nun tətbiqi riyaziyyat kafedrasında çalışır, 2011 ildən həmin kafedranın müdiridir. Əsas tədqiqat sahəsi diferensial tənliklər sahəsi ilə əlaqədardır. 60-dan çox elmi məqalənin və 4 dərs vəsaitinin müəllifidir. Yüksək ixtisaslı kadrların yetişdirilməsində əməyi var.
Əd.: Bakı Dövlət Universitetinin professorları, Bakı Universiteti nəşriyyatı, 2014, s.55