(16.4.1961, Şamaxı r-nunun Cabanı k.) – kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru (2009). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühəndis, aparıcı mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. Əsas tədqiqat sahəsi Qarabağ düzünün torpaq örtüyünün antropogen deqradasiyası və bərpası yolları ilə əlaqədardır. Hazırda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin nəzdində Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzində işləyir.
Məlumat S.Ömərovdan alınmışdır.