(7.10.1936, Şamaxı r-nunun, Göylər k. – 20.9.2004, Bakı) – Azərbaycan tarixçisi, arxeoloq, tarix elmləri doktoru (1991), professor. Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışmış, Örənqala, Bakı, Şamaxı, Bərdə, Beyləqan, Naxçıvan, Zəngilan, Xudafərin, Biləsuvar və başqa rayonların ərazilərində fəaliyyət göstərən arxeoloji ekspedisiyalara rəhbərlik etmişdir. BDU-da və ADPU-da Azərbaycan tarixi və Arxeologiya fənlərini tədris etmişdir. Əsas tədqiqat sahəsi Qafqaz Albaniyasında sənətkarlıq, orta əsr Bərdə şəhəri və s. ilə bağlı olmuşdur. Bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir. Rusiya Federasiyası Abidələri Muhafizə Cəmiyyətinin uzvu olmuşdur.
Məlumat ailəsindən alınmışdır.