(20.1.1947, Yardımlı) – ədəbiyyatçı, filologiya elmləri doktoru (1992), professor (1993). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1993 ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünya ədəbiyyatı tarixi kafedrasının müdiridir. Bir çox elmi əsərlərin, dərslik və monoqrafiyaların, o cümlədən “Sabir irsinin tədqiqi və təbliği”, “M.Ə.Sabir ədəbi məktəbi”, “Sabir və davamçıları”, “Müasir şeirimizdə Sabir ənənələri” kitablarının müəllifidir.
Məlumat T.Novruzovdan alınmışdır.