(1673-1759 Şamaxı) – Azərbaycan şairi (17 əsrin sonu – 18 əsrin 1-ci yarısı). Әdəbi irsinin az bir hissəsi dövrümüzədək gəlib-çatmışdır. Füzuli ədəbi məktəbinin davamçısı, lirik şair kimi tanınmışdır. Әsasən, aşiqanə qəzəllər yazmışdır. Lakin lirikasında taledən şikayət, zahidlərin riyakarlığına istehza, didaktik motivlər də mövcuddur. “Görmədim” rədifli mürəbbesində ədalətsiz dövranın tənqidi ilə yanaşı, bədbinlik də duyulur. Həməsrlərindən Ağa Məsih Şirvani, Vaqif, Zülali Nişat Şirvaniyə nəzirələr yazmışlar. Ә. Cəfərzadənin “Vətənə qayıt” romanı Nişat Şirvaniyə həsr olunmuşdur.
Əd.: ASE, VII cild, Bakı, 1983, s.273