Şamaxı və Quba r-nları sərhədində dağ. Zarat Xeybəri kəndinin şərqindədir. Hün. 2310 m. Ədəbiyyatlarda Qaragilə, Nargilə kimi də qeyd olunan dağın adı yerli əhali arasında və həmin r-nların torpaq xəritələrində Nərəgələ formasında da işlənir. Güman etmək olar ki, dağın adı bitki adı ilə ya da dəvəçiliklə bağlı yaranmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s.130