(11.10.1943, Bakı) – tibb elmləri namizədi (1972). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında klinik ordinator, aspirant və assistent kimi çalışmışdır. 1977 ildən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda böyük elmi işçi, funksional diaqnostika şöbəsinin müdiri, institutun direktoru vəzifələrində çalışmışdır. 1994 ildən institut direktorunun elmi işlər üzrə müavini vəzifəsində fəaliyyət göstərir. İlk dəfə olaraq şəkərli diabet xəstəliyinin müxtəlif fəsadlarının müalicəsində Azərbaycanın təbii amillərinin (Naftalan nefti, müalicəvi palçıq və mineral sular) tətbiq edilməsini elmi cəhətdən əsaslandırmış və yeni fizioterapevtik üsullarını işləyib hazırlamışdır. 100 artıq elmi işin və 5 ixtiranın müəllifidir. Tərəqqi medalı ilə təltif edilmişdir (2005).
Məlumat S.Nəsrullayevadan alınmışdır.