İsmayılov Nəcəfqulu Əbdülrəhim oğlu (1923, Bakı – 1990, Bakı) – Azərbaycan rəssamı, qrafik, əməkdar incəsənət xadimi (1963). Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Məişət və tarixi mövzularda əsərlərin, eləcə də tanınmış şəxslərin portretlərinin müəllifidir (“Qubalı Fətəli xan”, “Səməd Vurğun”, “Memar M.Useynov”, “Üzeyir Hacıbəyov” və s.). 1952-79 illərdə “Kirpi” jurnalı üçün karikaturalar və yumoristik rəsmlər çəkmişdir. Füzuli, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və başqalarının tunc büstlərini yaratmışdır. Əsərləri Almaniya, Kanada və Livanda təşkil olunmuş sərgilərdə nümayiş etdirilmişdir.
Əd.: ASE, VII cild, Bakı, 1983 s.234