(10.10.1948, Şamaxı) – ictimai xadim. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1971 ildən komsomol işində çalışmış, Azərbaycan komsomolunun Mərkəzi Komitəsində təlimatçı işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində baş məsləhətçi, şöbə müdirinin müavini, Ali Sovet sədrinin katibliyinin rəhbəri, sədrin müşaviri vəzifələrində çalışmışdır. Bir sıra qanun layihələrinin hazırlanmasında iştirak etmişdir. Hazırda Azərbaycan Marketinq Assosiasiyasının prezidentidir.
Məlumat C.Nəcəfovdan alınmışdır.