(2.2.1945, Bakı) – ictimai-siyasi xadim, texnika elmləri namizədi (1978). Azərbaycan Neft və Kimya İnstitutunu, M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmişdir. Azərbaycan EA Kibernetika İnstitutunun direktor müavini, “Kibernetika” XKB-nin direktoru (1978-87), “Ulduz” Elm İstehsalat Birliyinin baş direktoru və “Rabitə Sistemləri” Elmi-Tədqiqat İnstitutunun direktoru (1987-95) olmuşdur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (1995-96), Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996-2001), Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır. 15 müəlliflik şəhadətnaməsinin sahibidir, 32 elmi əsəri nəşr olunmuşdur. SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı (1973), Rusiya Federasiyasının “Dostluq” ordeni (2005) ilə təltif edilmişdir.
Məlumat ailəsindən alınmışdır.