(12.11.1921, Türkmənistan Respublikası, Cərco ş. – 18.5.1994, Bakı) – Azərbaycan boyakarı, Azərbaycan xalq rəssamı. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Tematik tablolar və portretlər yaratmışdır (“Leyli və Məcnun məktəbdə”, 1941, “Şairə Məhsətinin portreti”, 1947, “Professor Ü.Musabəyovanın portreti”, 1957, “Paris. Rəssamlar meydanı”, 1961). Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil etmişdir (“Bizim uşaqlar” silsiləsi, 1964-80).
Əd.: ASE, VII cild, Bakı, 1983, s.106