(19.5.1960, Şamaxı ş.) – Azərbaycan psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru. M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmişdir. BDU-nun psixologiya kafedrasının dosentidir. Elmi fəaliyyəti psixologiyanın metodoloji problemləri, səxsiyyət konsepsiyaları, sosial persepsiya fenomenologiyası, yaş psixologiyasını məsələlərinə aiddir. Dərs vəsaiti, tədris vəsaiti, metodik vəsait, 80-ə yaxın elmi məqalənin, proqramın, tezisin müəllifidir.
Məlumat A.Mustafayevdən alınmışdır.