Mir Həsən Hacı Mirağa oğlu Möhsünov (1882, Şamaxı – 17.6.1907, Bakı) – Azərbaycan yazıçısı. 1903 ildən inqilabi və sosial-demokrat hərəkatında iştirak etmişdir. Texniki məktəbi bitirdikdən sonra Bakıda H.Z.Tağıyevin toxuculuq fabrikində, 1905 ildə isə Gədəbəy mis mədənində işləmişdir. Әsərləri “Dəvət-qoç” və “Təkamül” bolşevik qəzetlərində dərc olunmuşdur. RSDFP Bakı təşkilatının döyüş dəstəsi üzvləri tərəfindən öldürülmüşdür.
Əd.: ASE, VII cild, Bakı, 1983, s.97