(1820, Şamaxı ş – 1890, Şamaxı ş.) – balaban ifaçısı. İlk təhsilini mollaxanada almışdır. 9-10 yaşlarında bu sənətə maraq göstərmişdir. 15 yaşında atıq mükəmməl balaban ifaçısı idi.
Xüsusən dəmkeşlərə məxsus fasiləsiz ifa üsulunu mənimsədiyindən, balaban və zurna ifaçılığında böyük uğurlar qazanmış və mahalda ustad balaban ifaçısı kimi tanınmişdır. Mahmud ağanın ən sevimli musiqiçisi olmuşdur.
Mahmud ağanın təşkil etdiyi musiqi gecələrində milli nəfəs çalğı alətlərində ifa edərmiş.
tanınmış rus rəssamı, Q.Qaqarin çəkdiyi məşhur “Şamaxı rəqqasələri” adlı tablosunda, eləcə də digər epizodik rəsmlərində balabançı Murad Mirzalı oğlunu təsvir etmişdir.
Məlumatı A. Nəcəfzadə təqdim etmişdir.