Əbülfəzl Bəxtiyar ibn Müxənnə ibn Əbdürrəhman (? – 1266, Şamaxı ş.) – filosof. Şirvan fəlsəfə məktəbinin davamçılarındandır. İslam fəlsəfəsinin mahiyyəti haqqında beş əsərin müəllifidir. Uzun müddət bu sahədə dərs demiş və vəfatına qədər Şamaxıda yaşamışdır. Onun dövründə və ondan sonra islam dini ilə məşğul olanlar əsərlərindən istifadə etmişlər.
Əd.: E.Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000, s.47