Şamaxı Ensiklopediyası
  • Ana səhifə
  • Struktur
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
    »
  • Qalereya
  • Əlaqə
  • İştirak et
elkhan-suleymanov.az
  • Ana səhifə
  • Menyu
    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA
  • Qalereya
  • Əlaqə
  • İştirak et
    • A
    • B
    • C
    • Ç
    • D
    • E
    • Ə
    • F
    • G
    • H
    • X
    • İ
    • J
    • K
    • Q
    • L
    • M
    • N
    • O
    • Ö
    • P
    • R
    • S
    • Ş
    • T
    • U
    • Ü
    • V
    • Y
    • Z

MÖVLANƏ HACI İSMAYIL ƏFƏNDİ ŞİRVANİ


  • M
  • Mütəfəkkirlər
  • Simalar

Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani (1782/1783, Şamaxı xanlığının Bölükət mahalının Kürdəmir k. – 1848, Amasiya ş. (Türkiyə)) – din xadimi, sufi şeyxi. Ləqəbi “Siracəddin” (dinin çırağı), nisbəsi “əl-Kürdəmiri” bəzən “əş-Şirvani” kimi yad edilmişdir. Atasının adının Şeyx Ənvər Şirvani olması haqqında qeydlər var. İlk təhsilini Şamaxıda Məhəmməd Nuri Əfəndidən almışdır. Məhəmməd Nuri Əfəndi ona Molla Caminin “Kafiyə Şərhi”nə qədər elmi bilgiləri öyrətmişdir. İ.Şirvani 1800 ildə Ərzincana gedərək dövrün məşhur alimlərindən biri olan Övliyazadə Əbdürrəhman əfəndidən biliklərini təkmilləşdirmək vasitəsilə icazənamə (diplom, şəhadətnamə) alır. Ərzincandan Toqata gedir, bir neçə il orada qalır. Bu müddət ərzində biliklərini dərinləşdirmişdir. Toqatdan Bağdada getmiş və Şeyx Yəhya Mərvəzi əl-İmadidən hədis elmini, Molla Məhəmməd ibn Adəmdən hikəmiyyə elmini öyrənmişdir. 1805 ildə Burdura gəlmiş, fiqh elmindən dərs almışdır. Lakin tezliklə öz məmləkətinə qayıtmalı olmuşdur. 1806 ildən başlayaraq yeddi il Şirvanda elmi biliklərin tədrisi ilə məşğul olmuşdur. 1813 ildə Həcc ziyarətinə getmişdir. 1813 ildən Mövlanə Xalidə mürid olmuş, 1817 ildə Şirvanda irşad etmək üçün mürşidindən şifahi əmr və icazə, 1821 ildə isə yazılı sənəd almışdır. Mövlanə Xalid on minlərlə müridindən yalnız bir neçəsinə icazənamə vermişdir. Həmin müridlərindən biri İsmayıl Şirvanidir. İ.Şirvani Mövlanə Xaliddən aldığı mürşidlik vəzifəsi ilə Şirvanda nəqşibəndiyyə məktəbini təlim edən ilk şeyxdir. O, insanlara sufiliyi, dünya malından çəkinməyi və özünü tamamilə Allaha ibadətə həsr etməyi təbliğ edirdi. 1817 ildə İ.Şirvani Şirvana qayıdanda xanlıq hələ ləğv edilmədiyindən rahat fəaliyyət göstərirdi. Elə ki, xanlıq ləğv olundu, nüfuzlu şəxs kimi ona qarşı təzyiqlər başlandı. İsmayıl Əfəndi sürgündən böyük nüfuz sahibi olmasına və Mustafa xanın həyat yoldaşı Fatma bəyimin (Güləndam xanımın-?) knyaz Mədətovdan xüsusi xahişinə görə xilas olmuşdur. Fatma bəyim İ.Şirvaninin irşad fəaliyyətini ömrünün sonuna kimi himayə etmişdir. Lakin bu hadisədən az sonra Şirvan komendantı, İ.Şirvaniyə öz şamaxılı dostları vasitəsilə məsləhət görür ki, Rusiya sərhədlərini xoşluqla tərk etsin. Beləliklə, İsmayıl Şirvani Osmanlı hüdudlarına, Axısxaya köçməli olmuşdur. Axısxa və ətrafında islami bilikləri tədris və təriqəti nəşr edən İ.Şirvani burada böyük nüfuz sahibi olmaqla çoxlu ardıcıllar ilə əhatələnir. 1828 ildə osmanlılar Axısxanı Çar Rusiyasına güzəştə getməli olduqlarından və rus məmurlarının ucqarlardakı fəaliyyətindən xoşlanmayan İ.Şirvani Axısxanı tərk edərək Amasiyaya köçmüşdür. Bu zaman onu Şirvan müridləri ilə yanaşı, Tiflis quberniyası müsəlmanlarından olan çoxlu sayda mürid də müşayiət etmişdir. 1832 ildə İ.Şirvani Sivasa gəlmişdir. Sivasda güclü nüfuz sahibi olmuş və doqquz il qalmışdır. Burada da müridləri günbəgün artmış, ondan feyz almaq istəyənlərin sayı çoxalmışdır. 1841 ildə İ.Şirvani Amasiyaya yenidən qayıtmış və ömrünün sonuna kimi burada yaşamışdır. 1848 ildə vəba xəstəliyindən vəfat etmiş və Amasiya yaxınlığındakı Şamlar qəbristanlığında dəfn olunmuşdur. 1869 ildə Osmanlının Daxili İşlər naziri olan oğlu Şirvanizadə Mehmet Rüşdi Paşa atasının qəbri üzərində türbə və məscid inşa etdirmişdir. Türbənin içərisində Mövlanə İsmayıl Şirvaninin (v. 1848,) oğlu Əhməd Hülusi əfəndinin (v. 1888) və kürəkəni Hacı İsa Ruhi əfəndi Şirvaninin (v. 1886) qəbirləri vardır. Türbə kompleksinin divarında asılmış metal lövhədə İsmayıl Şirvaninin tərcümeyi – halı və ayrıca olaraq Mövlanə Xaliddən aldığı icazənamə verilmişdir.
Əd.: M.Rıhtım, F.Xəlilli “Güllü Mövlanə”, “Miras” jurnalı, iyun 2012

Bənzər mövzular

MƏMMƏDOV NADİR NƏSRULLA OĞLU

MAHMUDOV Qahir Ələşrəf oğlu

MƏMMƏDOV Asəf Şıxməmməd oğlu

СƏFƏRZADƏ Əzizə Məmməd qızı

Kateqoriyalar

    • Azərbaycan Respublikası
    • Ümummilli Liderimiz Şamaxıda
    • Dövlət başçımız Şamaxıda
    • Görkəmli şəxsiyyətlər
      • Dövlət xadimləri
      • Mütəfəkkirlər
      • Elm və sənət adamları
    • Qəhrəmanlar
      • Müharibə qəhrəmanları
      • Şəhidlər
    • Əmək qəhrəmanları
    • Tarixi-arxeoloji və memarlıq abidələri
    • Yaşayış məntəqələri
    • Fiziki və coğrafi obyektlər
    • Flora və fauna
    • Oçerklər
      • Şamaxı şəhərinin tarixi
      • Şamaxının mənəvi mədəniyyəti
      • Şamaxı qalaları
      • Şamaxı elm və təhsildə
      • Şamaxı iqtisadiyyatda
      • Şamaxı mədəniyyətdə
      • Şamaxı rayonunun yaşayış məntəqələri
      • Şamaxı soyqırımı
      • Şamaxı ədəbiyyatda
      • Şirvan bölgəsinin xalçaçılıq ənənələri
      • Şamaxı zəlzələləri
      • Şamaxıda pul zərbi
    • Fotoların dili ilə
    • Nəşrlər
    • Tədbirlər
    • Elektron Şamaxı ensiklopediyası
    • ŞAMAXI HAQQINDA DƏYƏRLİ NƏŞR
    • HAQQIMIZDA

Digər Materiallar


    Warning: Undefined property: WP_Error::$id in /home/shamak5/public_html/wp-content/themes/encyclopedia/sidebar.php on line 31
  • ŞAMAXI XANLIĞI

    Şirvan xanlığı – 18 әsrin ortalarında Azәrbaycanda feodal dövlәti. Bakı, Quba,...

  • DƏDƏGÜNƏŞ

    Şamaxı r-nu Dədəgünəş kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 12 km şimal-qərbdə,...

  • VEYSOV Oqtay Məmməd oğlu

    (1926, Moskva ş. – 1969, İran) – gəmiçi, uzaq səfərlər kapitanı....

Şamaxı Ensiklopediyası © 2025 elkhan-suleymanov.az Bütün hüquqlar qorunur.

1905.az STUDIO