(1830, Şamaxı ş. – 1892, Şamaxı) – şair. Ruhani ailəsində doğulmuş, ərəb, fars dillərini bilmişdir. Bir müddət mollalıq etmiş, sonra ticarətlə məşğul olmuşdur. Klassik üslubda əsərlər yazmışdır. M.Füzulinin “Olmaz” rədifli qəzəlinə nəzirə yazanlar arasında birincilik qazanmışdır. S.Ə.Şirvani Şamaxıda olmayanda “Beyt üs-səfa” məclisinə rəhbərlik etmişdir. S.Ə.Şirvani onun haqqında yazır: “Sinni-şərifi otuz salda, qüvveyi-təbi sərhəddi-kəmaldə. Əlhəq ki, bir şairdir şirinkəlam və əşari-lətifi pəsəndideyi-xasü əvzam. Əksər kəlami aşiqanə, bəlkə atəşi-dərunindən bir təbanə”. Şairin “Divan”ı olmuşdur. Amma həmin şeirlər toplusu əldə edilməmişdir. Azərbaycan MEA-nın Əlyazmalar İnstitutunda şeirləri saxlanılır.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.62