Dünyanın bir çox ölkəsində yayılmış qədim sәnәt növü. Misgərlik müәyyәn ictimai-iqtisadi əlaqələr, xalqın tәsәrrüfat һәyatı, onun vәziyyәti və məişət xüsusiyyətilə əlaqədar yaranmışdır. 20 əsrin 50-60-cı illərində Kiçik Asiyanın cənub-qərbində arxeoloji qazıntılar zamanı e.ə. 6-5 minilliklərə aid mis əridilməsinin izləri aşkar edilmişdir. Mis və onun əridilməsi maddi mədəniyyәtin inkişafında böyük rol oynamışdır. Misdən bədii material kimi Mis dövründən istifadə edilir (bəzək şeylәri, heykəltəraşlıq fiqurları, avadanlıq,qabqacaq və s.). Misdən tökülmüş əşyalar döymә, qravüra və basmanaxış üsulları ilə bəzədilir. 15 əsrdən misdən çap formaları da düzәltmişlər. Azərbaycanda mis məmulatından hələ e.ə 5-4 minilliklərdə istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı (Qarğalar tәpәsi, Әlikömәk təpəsi, Kültәpә) tapılmış mis məmulatı əsasən, bəzək şeylәrindәn ibarətdir. Misgərliyin formalaşmasında yerli mis mədәnlәri dә müһüm rol oynamışdır. Mәişәtdә mis qablara tәlәbatın artması nәticәsindә Misgərlik daһa da tərəqqi etmiş və orta әsrlәrdә yüksәk inkişaf sәviyyәsinә çatmışdı. Azәrbaycanın Bakı, Gәnçә, Şamaxı, Quba və s. şəhərlərində misgәr mәһәllәlәri, bazar vә meydanlar var idi. Azərbaycanın orta əsr Misgərliyinin müһüm sənət mərkəzlərindən biri də Lahıc olmuşdur. Hazırda misgərlik keçmiş ənənələrini davam etdirərək forma və məzmunca zənginləşmişdir. Azərbaycanın misgərlik nümunәlәri dünyanın bir çox muzeyindә saxlanılır. Ümumittifaq və beynәlxalq sərgilərdə nümayiş etdirilir.
Əd.: ASE, VII cild, Bakı, 1983, s.6