(19 əsr, Cavad k. – 1914 ildən sonra, Şamaxı) – xanəndə. 19 əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın. O dövrdə qadınların çadrasız məclislərdə görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış etmişdir. 1890 illərdən Şamaxıda xanəndəlik etmiş, xanəndə Mirzə Məhəmmədhəsənin yaradıcılığından bəhrələnmiş, Şamaxı musiqi məclislərində iştirak etmişdir.
Azərbaycanın digər bölgələrində də el məclislərində məşhurlaşmışdı. “Şur”, “Mahur-hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxumuşdur. 1914 ildə Kiyevdə “Monarx-Rekord” “Ekstrafon” səsyazma şirkətində Mirzə Güllərin ifasında bir neçə muğam və mahnılar qrammofon valına yazılmışdır.
Əd.: Azərbaycan Muğam Ensiklopediyası, Bakı, “Şərq-Qərb”, 2012, s. 162