Mirzə Ağa ibn Ağa İbrahim ibn Hacı Ağababa Şəmaxi (1800, Firdağ ş.) – təbib, şair, filosof. İlahiyyatı babasından və atasından, təbabəti isə İran alimlərindən öyrənmiş, mütaliə sayəsində bu qabiliyyətlərini daha da təkmilləşdirmişdir. Şeiriyyəti isə özündən əvvəlki türk, ərəb və fars şairlərinin əsərlərini mütaliə etməklə öyrənmişdir. 6 il İsfahanda görkəmli tibb alimi Mirzə Ağaməhəmməd Əhmədabadidən dərs almışdır. Tibb elmi sahəsində dərin bilik əldə etdikdən sonra Şamaxıya qayıdaraq, burada çalışmışdır.
Əd.: B.Niyazlı “Şamaxı xanlığı”, Bakı, “Nurlar”, 2014, s.263