(11.8.1897, Şamaxı – 5.3.1957, Bakı) – Azərbaycan patafizioloqu. Tibb e.d. (1939), prof. (1940). Azərbaycanın əməkdar həkimi (1940) və əməkdar elm xadimi (1943). Tədqiqatı əsasən müxtəlif xəstəliklərin (zülal çatışmazlığı, qan xəstəlikləri və s.) patogenezinin öyrənilməsinə həsr edilmişdir. 1932-57 illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda patoloji fiziologiya kafedrasının müdiri, Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə-profilaktika fakültəsinin dekanı, direktor müavini, Azərbaycan SSR Səhiyyə Nazirliyində tibb təhsili idarəsinin rəisi işləmişdir.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.594