(1.1.1960, Bakı) – memarlıq üzrə fəlsəfə doktoru (1987), dosent (2000). Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu bitirmişdir. Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunda elmi işçi (1985-93), Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasında baş müəllim (1993-2000) vəzifəsində çalışmışdır. Hazırda memarlığın əsasları kafedrasının dosentidir. 70-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin müəllifidir. Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Məlumat M. Mikayılovadan alınmışdır.