(11.7.1957, Şamaxı r-nunun Ovçulu k.) – fəlsəfə üzrə fəlsəfə doktoru (2000). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. Bağırlı kənd orta məktəbində, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialında çalışmışdır. Hazırda AMİ-nin Şamaxı filialının tədris və elmi işlər üzrə direktor müavinidir. 30-dək elmi əsərin, o cümlədən “İnsan və təbiət münasibətləri, əxlaqi-estetik dəyərlər” monoqrafiyasının müəllifidir.
Məlumat Ş.Mikayılovdan alınmışdır.