(31.12.1903, Bakı – 1986, Bakı) – Azərbaycan kinorejissoru, aktyor, ssenari müəllifi. Azərbaycanın əməkdar artisti (1943), Azərbaycanın əməkdar incəsənət xadimi (1959). Azərbaycan kinosunun ilk rejissorlarındandır. 1924 ildə fəaliyyətə başlamış, çoxlu sayda sənədli – xronika filmləri çəkmişdir. İlk bədii filmini (“Lətif“) 1930 ildə çəkmişdir. Sonralar “İsmət” (1934), “Bir ailə” (1943, Q.Aleksandrov və R.Təhmasiblə birgə), “Mahnı belə yaranır” (1959, R.Təhmasiblə birgə) bədii filmlərinin quruluşçu rejissoru olmuşdur. Həmçinin əksər filmlərinin ssenari müəllifidir. Kinoda çəkilmişdir.
Əd.: ASE, VI c., Bakı, 1982, s.551