(? – 1786, Salyan) – Şamaxı xanı [1747-68; 1774]. Xançobanı tayfasından idi. 18 əsrin ortalarında Məhəmmədsəid xan qardaşı Ağası xanla birlikdə Nadir şahın dağıtdığı Şamaxını abadlaşdırmış və özlərini xan elan etmişdilər. 1763 ildə Yeni Şamaxını (Ağsu) tutaraq Şamaxı xanlığına birləşdirmişdi. 1768 ildə Qubalı Fətəli xan tərəfindən əsir alınan Məhəmmədsəid xan Dərbənd qalasına salınmışdı. Gavduşan vuruşmasından (1774) sonra azad olunan Məhəmmədsəid xan bir müddət hakimiyyətini bərpa etsə də, 1785 ildə Fətəli xan tərəfindən ələ keçirilmiş və öldürülmüşdür.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.537