(1818, Şamaxı ş. – 1891, Şamaxı ş.) – şair. Şamaxıda mədrəsə təhsili almışdır. “Beyt üs-səfa” ədəbi məclisinin fəal üzvü idi. Məhəbbət və dostluğu tərənnüm edən çoxlu qəzəl yazmışdır. Lakin bunların hamısı 1902 il zəlzələsi zamanı itib-batmışdır. “Özündən sonra qalan əşari qəzəliyyatı Şamaxının axırıncı zəlzələsində tələf olmuşdur”. (F.Köçərli).
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.39