Ağsu çayının hövzəsinə məxsus Avaxıl çayının sol tərəfində yerləşir. Mərmərdahar adlı yamacda yerləşən Kiçik çay qolu da Mərmərdahar adlanır. Təbiidir ki, yer adı bizə xalq təsərrüfatı əhəmiyyətli mərmər daşının olmasından xəbər verir. Yer adı Azərbaycan dilindəki “mərmər” və tat dilindəki “dahar” sözlərindən ibarət olub, qaya deməkdir. Yəni Mərmərli qaya, Mərmər olan qaya kimi anılmalıdır.
Əd.: N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı “Elm”, 2009, s.186