(05.01.1935-ci il Şamaxı ş. – 09.01.1996 Şamaxı ş.) – alim-aqronom. Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. Şamaxıda Aqrotrestin rəisi vəzifəsində çalışmışdır. Heydər Əliyevin təşəbbüsü ilə üzümçülüyün inkişafında dirçəliş yaratmaq üçün Şamaxı r. “Lenin” adına sovxoza direktor təyin edilmişdir. Qısa müddət ərzində sovxoz “SSRİ-nin qabaqcıl təsərrüfatlarından birinə çevirmişdir. İşlədiyi dövrdə “Lenin” adına sovxoz sürətlə inkişaf etmiş, üzümlüklərin sahəsi 2422 hektara çatdırılmışdır. Dünya şöhrətli üzüm sortlarının yaradılmasında iştirak etmişdir. Kənd təsərrüfatında böyük naliyyətlər əldə etmiş, bir neçə kitab və monoqrafiyaların müəllifidir. Bundan əlavə sərbəst güləş üzrə SSRİ idman ustası adına və Zaqafqaziya çempionu tituluna layiq görülmüşdür. Şamaxı güləş məktəbinin yaradıcılarındandır. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu, Şərəf Nişanı ordenləri və medallarla təltif edilmişdir.Şamaxı şəhərinin abadlaşmasında, 40 bulaq su kəmərinin salınmasında müstəsna xidmətləri olmuşdur.
Məlumat Cəvahir Nadir qızı tərəfindən təqdim olunmuşdur.