(20.12.1939, Şamaxı ş.-15.2.2024, Bakı ş.) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1994), professor (1995). Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Təbiətşünaslığın fəlsəfi problemləri, sinergetika və fizika əsas tədqiqat sahələridir. Rusiya Fəlsəfə Cəmiyyətinin üzvüdür, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayır. 300 elmi məqalə, 40 kitab və monoqrafiya müəllifidir. Xarici jurnallarda 20 məqaləsi dərc olunmuşdur.
Məlumat Ə. Məmmədovdan alınmışdır.