(5.1.1950, Bakı) – Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (2005), professor (1992). Bakı Dövlət Universitetini bitirmişdir. 1976-77 illərdə Gəncə Dövlət Universitetində, 1977-2013 illərdə Azərbaycan Texnologiya Universitetində çalışmışdır. 1990-2005 illərdə ali riyaziyyat kafedrasının müdiri, 2000-13 illərdə universitetin rektoru olmuşdur. Hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir. Adi diferensial tənliklər, inteqrodiferensial tənliklər, Qursa-Darbu və meyl edən arqumentli tənliklərlə təsvir olunan proseslərdə optimallıq üçün birinci tərtib və yüksək tərtib zəruri şərtlər almaq üçün yeni üsullаr təklif etmişdir. 80-dən çox elmi məqalənin, o cümlədən 2 dərs vəsaitinin, 3 monoqrafiyanın, 10-dan çox ixtira və patentin müəllifidir. Elmi əsərləri MDB ölkələri, ABŞ, Böyük Britaniya və s. ölkələrin tanınmış elmi jurnallarında dərc olunmuşdur.
Məlumat Q. Məlikovdan alınmışdır.