(22.02.1927, Şamaxı ş. - 26.02.1997, Bakı) – Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1973), professor, əməkdar elm xadimi (1990). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin institutun fiziologiya kafedrasında assistent saxlanılmışdır. 1959 ildən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda böyük elmi işçi, 1960-61 illərdə elmi katib, 1961-93 illərdə fiziologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 80-dən cox elmi əsərin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında əməyi var. Şamaxı şəhərində doğulub boya başa çatdığı kücəyə adı verilmişdir.
Məlumat ailəsindən alınmışdır.