ŞŞamaxı r-nu Meysəri kənd i.ə.d.-nin mərkəzi. Zoğalava çayının sahilində, dağlıq ərazidədir. Əhalisi 690 nəfərdir (2009), 162 təsərrüfatı var. 19 əsrdə Meysəri adlı kənd (87 ailə, 495 nəfər) qeydə alınmışdır. Kənd 15 əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun “sol cinahı” cəvanğar və ya meysərə adlanırdı.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 101
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.159