Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 487 nəfərdir (2009), 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 102
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.168