(? – 4.6.956) – Şirvanşah [948 – 956], Əbu Tahir Yəzid ibn Məhəmmədin oğlu. Atasının ölümündən sonra hakimiyyətə keçmişdi. Oğlanları Əhmədi Laican (Layzan), Heysəmi isə Təbərsaran (Tabasaran) hakimi təyin etmişdi. Hələ atasının sağlığında Şirvanşahlar dövlətinin həyatında mühüm rol oynayan Məhəmməd ibn Yəzidin dövründə Şirvanda iqtisadi həyat nisbətən dirçəlmişdi. Çiçək xəstəliyindən ölmüşdür (bəzi mənbələrə görə vəziri zəhərləmişdir).
Əd.: ASE, VI cild, Bakı, 1982, s.535