Azərbaycanın qiymətli texniki üzüm sortudur. Əsasən Şamaxıda, qismən də Abşeron, Samux, Ağsu, İsmayıllı və Gəncədə becərilir. Şamaxının indiki Mədrəsə qəsəbəsində yetişdirilmişdir. Tənəyi güclü boy atır. Giləsi tünd-qırmızıdır. Şirəsində 18-20 % şəkər, 4-5 qr/l turşu olur. Tam yetişdikdə tünd-qırmızı olur. Vegetasiya dövrü 150-160 gündür. Əkildikdən 3-4 il sonra məhsul verir. Hər hektardan 150-200 sentner məhsul yığılır. Mədrəsə sortundan yüksək keyfiyyətli “Kaqor-Şamaxı” tipli şərab hazırlanır. Mərkəzi Asiya ölkələrində, Krımda və digər bölgələrdə də geniş şəkildə becərilir.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.483