(28.4.1920, Şamaxı – 2.8.1981, Bakı) – Azərbaycan musiqiçisi, tarzən. Azərbaycan SSR xalq artisti (1963). 1948 ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1949-70 illərdə həkim-cərrah işləmişdir. Tarda çalmağı müstəqil öyrənmişdir. 1930-48 illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949 ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Məmmədovun sənətkarlığı üçün orijinallıq, virtuozluq, emosionallıq xarakterik idi. Muğamları (Orta Mahur, Segah, Cahargah, Zabul, Şur və s.), Azərbaycan mahnı və rəqslərini, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa etmişdir. Məmmədov klassik rus və Qərb bəstəkarlarının əsərlərinin tarda ilk ifaçılarından olmuşdur. O, Bülbül, S. Şuşinski, H. Hacıbababəyov, Z. Adıgözəlov və b.-nı tarda müşayiət etmişdir. Bir çox xarici ölkələrdə çıxış etmişdir. “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
Əd.: ASE, VI cild, Bakı, 1982, s.504