Cabanı kəndinin torpaq sahəsində, onun cənub-qərb tərəfində yerləşir. Dərə suyunu Zoğalova çayının sol qollarından biri olan Sellaxana çayına sol tərəfdən axıdır. Dərədə Kükürd tərkibli süxurun olması adından məlumdur. Dərənin sağ sahilində Kükürdlü bulaq da vardır. Bulağın suyu müalicə əhəmiyyətlidir. Beləliklə, dərənin keçdiyi sahədə kükürd tərkibli süxurların olmasını Kükürdlü adlı dərənin adından görmək olur. Buna görə də Kükürdlü dərə adlanmışdır.
Əd.: N. Bəndəliyev, “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.186