Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Buğurt çayının (Ağsu çayının qolu) sahilində, dağlıq ərazidədir. Əhalisi 211 nəfərdir (2009), 51 təsərrüfatı var. Əhalisi əsasən maldarlıqla məşğuldur.
Ərazi sıx meşəlik və dağlıq olduğundan vaxtilə guya toqquşma zamanı qoşun Qaladərəsi kəndi istiqamətinə keçə bilmədiyi üçün kənd belə adlandırılmışdır. Kəndin ərazisindəki Davalı nova, Yaralı düzü kimi mikrotoponimləri də kəndin adı ilə əlaqələndirirlər. Lakin güman etmək olar ki, kəndin adı qədim türk dillərindəki keşməl keçmə (körpü) və din (dağlıq ərazidə yaylaq, dayanacaq) komponentlərindən düzəlib, “körpü yaylaq” mənasındadır
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s.270