(20.3.1911, Şamaxı r-nunun Çarhan k.- 13.8.1981, Bakı) – Azərbaycan coğrafiyaşünası. Coğrafiya e.d. (1967), professor (1968). Azərbaycan SSR əməkdar elm xadimi (1981). 1938 ildən Bakının ali məktəblərində (APİ, ADU) fiziki coğrafiyadan dərs demiş, müxtəlif illərdə ADU və APİ-də fiziki coğrafiya kafedralarının müdiri işləmişdir. Әsas tədqiqatları Azərbaycanın (Böyük Qafqazın) landşaftına və fiziki coğrafiyasına, Azərbaycan səyyah və coğrafiyaşünaslarına (Hacı Zeynalabdin Şirvani, Bakuvi Әbdürrəşid və s.) həsr edilmişdir. Pedaqoji kadrlar hazırlanmasında xidməti var. Kərimov ali məktəblər üçün “Azərbaycan SSR-in fiziki coğrafiyası” (B., 1959) dərsliyinin tərtibçilərindən biridir.
Əd.: Ə.Məmmədov, V.Əliyev “Şamaxı – təhsil tarixi”, Bakı, “Zərdabi LTD”, 2009, s.296